28 
Avq
2018
09:51
15
99
6510
Virtual karabakh

Erkən ölümün yeni əlamətləri aşkarlanıb

28 Avq, 2018
09:51
6510

Erkən ölümün yeni əlamətləri aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın Tuluza Universitetinin alimləri müəyyən ediblər ki, alında dərin qırışların erkən yaranması ürək-damar xəstəliklərindən ölüm riskinin yüksək olması anlamına gələ bilər. 

Oxu.Az xəbər verir ki, bununla “MedicalXpress”in press-relizində məlumat verilib. 

20 il davam edən uzunmüddətli araşdırmalarda yaşları 32-62 olan 3,2 min sağlam insan iştirak edib. Könüllülər alındakı qırışların sayına uyğun olaraq bölünüblər. Qırışı olmayan şəxslər sıfır bal, çoxlu qırışı olanlar isə üç bal qazanıblar. 

Araşdırmalar müddətində 233 insan müxtəlif səbəblərdən vəfat ediblər. Onlardan 15,2 faizinin iki və daha çox qırışı, 6,6 faizinin bir qırışı olub, 2,1 faizinin isə alnında qırış olmayıb. Bununla yanaşı, qırışların sayının ürək-damar xəstəliklərinin inkişafı ilə bağlı olduğu müəyyən edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri