30 
Avq
2018
09:29
179
9
5706
Virtual karabakh

Süd vəzi xərçənginə qalib gəlmək üçün yeni üsul tapıldı

30 Avq, 2018
09:29
5706

Süd vəzi xərçənginə qalib gəlmək üçün yeni üsul tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Honkonq Baptist Universitetinin alimləri müəyyən ediblər ki, rodium metalı bədxassəli şişlərin ən sərt formalarından biri sayılan süd vəzi xərçənginin müalicəsində istifadə edilə bilər. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “MedicalXpress” press-reliz yayıb. 

Süd vəzisi xərçəngi qadınlarda bədxassəli şişlərin ən təhlükəli növü sayılır və ildə bu xəstəlikdən 521 min insan həyatını itirir. Bu xəstəliyin üç növü məlumdur: ER-müsbət, HER2-müsbət və üç dəfə mənfi xərçəng. Sonuncuya xərçəng xəstələrinin 15 faizində rast gəlinir. 

Araşdırmaçılar müəyyən ediblər ki, rodiumun birləşdirilməsi 5A demelitazının aktivləşməsini dayandırır. Bu ferment xərçəng şişlərinin hüceyrələrinin sintezində yaxından iştirak edir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri