30 
Avq
2018
09:55
67
23
7194
Virtual karabakh

Qədim insanların məhv olmasının səbəbi açıqlandı

30 Avq, 2018
09:55
7194

Qədim insanların məhv olmasının səbəbi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq alimlər qrupu müəyyən edib ki, neandertal insanların məhv olmasına qlobal soyuqlaşma da səbəb ola bilər. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “EurekAlert!”in yaydığı press-relizdə məlumat verilib. 

Araşdırmaçılar Rumıniyanın mağaralarında bir neçə on min il yaşı olan stalaqmit təbəqəsinin kimyəvi tərkibini araşdırıblar. Məlum olub ki, 40-44 min il əvvəl Avropa ərazisində iqlim dözülməz dərəcədə quru və soyuq olub. Bu, bir neçə əsr və ya minilliklər boyu davam edib. 

Alimlərin fikrincə, müasir insan tipi bu soyuq dövrü keçməyə müvəffəq olub, çünki onlar neandertallara nisbətən ətraf mühitə daha yaxşı uyğunlaşıblar. “Homo sapiens”lər ətlə yanaşı, balıq və bitki yeyib və zəngin dieta onların sağ qalmasına səbəb olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri