14 
Fev
2019
07:12
41
113
7639
Virtual karabakh

Gecə növbəsində işləyənlər təhlükədədir - Alimlərdən yeni araşdırma

14 Fev, 2019
07:12
7639

Gecə növbəsində işləyənlər təhlükədədir - Alimlərdən yeni araşdırma

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Alimlərin hesablamalarına görə, hər bir sağlam insan bir həftə ərzində ümumilikdə 8-16 saat yuxu çatışmazlığı ilə üzləşir. Hətta gecə istirahəti ilə bağlı problem olmadıqda belə, natamam yuxu bir sıra təhlükəli xəstəliklərin meydana gəlməsinə səbəb ola bilər.

Ötən il Honq-Konq Universitetinin tədqiqatçıları dörd ay ərzində 49 könüllünün həyat və fəaliyyəti ilə bağlı müşahidələr aparıb.

Könüllülər həkimlərdən ibarət olub və bəziləri mütəmadi olaraq sutkalıq növbələrə çıxıb. Belə növbələrdə onlar ən yaxşı halda gün ərzində 2-3 saat yata biliblər. Tədqiqatı aparan alimlər daimi yuxu çatışmazlığının insan üçün hansı fəsadlara yol açdığını müəyyənləşdirməyə çalışıb.

Tədqiqat iştirakçılarından, o cümlədən, gecə növbəsinə çıxan həkimlərdən tez-tez müayinə məqsədilə qan nümunələri götürülüb.

Nümunələrin müayinə nəticələri göstərib ki, yuxu çatışmazlığı könüllülərin DNT-lərində turşulu zədələmələrə səbəb olub və hüceyrələrin  kimyəvi zədələri “müalicə” etmək bacarığını zəiflədib. Bu isə öz növbəsində ürək-damar xəstəlikləri və şəkərli diabetin inkişafı riskini əhəmiyyətli dərəcədə artırıb.

RİA Novosti” yuxu çatışmazlığı və ya natamam yuxunun insan orqanizmində yarada biləcəyi fəsadlar haqqında ekspertlərlə söhbət aparıb.

“Rusiyalı alimlər hələ bir neçə il əvvəl yuxu pozuntusunun turşulu stressi gücləndirdiyini və nəticədə, şaperonların, yəni hüceyrələrin müdafiəsini təmin edən zülalın funksiyasını pisləşdirdiyini müəyyən edib.

Çinli alimlərin apardığı tədqiqatda isə DNT-nin zədələnməsinə yola açan turşulu stressin başqa aspektləri araşdırılıb.

Hansı DNT sahəsinin zədələnməsindən asılı olaraq, insanda ciddi xəstəliklər, o cümlədən, karbohidrat mübadiləsinin pozulması (şəkərli diabetin variantları) və ya insanın stressli vəziyyətlərə dözümlülüyünün aşağı düşməsi baş verə bilər”, – deyə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin sinir xəstəlikləri və neyrocərrahiyə kafedrasının dosenti Mixail Poluektov bildirib.

Qeyd edək ki, yetişkin insan üçün gündəlik yuxu norması yeddi saat hesab olunur. Yaşlılarda isə bu göstərici altı saat təşkil edir. Gecə düzgün şəkildə istirahət etməyən, normadan az yatan insanlar gələcəkdə psixiatrın qəbuluna düşmə riski daşıyır.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri