Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yerdən “Super Ay” belə görünüb - FOTO/VİDEO
Bu günlərdə planet sakinləri “Super Ay” hadisəsini izləyib. Belə ki, Ay yerə ən yaxın məsafəyə qədər yaxınlaşıb. Dünyanın dörd bucağından olan insanlar bu fürsəti qaçırmayaraq, Yerin peykinin yaratdığı gözəl mənzərənin şəkillərini çəkib.
“Super Ay” hadisəsi hər il yaşanır. Buna səbəb Ayın Yer ətrafındakı orbitinin elliptik formada olmasıdır.
Nəticədə, Yerlə Ay arasındakı məsafə tez-tez dəyişir; ən çoxu 406 min kilometr uzaqlaşır və ən azı 357 min kilometr yaxınlaşır. “Super Ay” hadisəsi məhz sonuncu qeydə alınan zaman yaşanır.
Tam Ay perigeyi (Ay orbitinin yerə ən yaxın nöqtəsi - red.) zamanı, Yerin peyki 14% daha böyük və məhtapı isə 30% daha bəyaz olur.
Oxu.Az “Super Ay” hadisəsinin foto və videogörüntülərini təqdim edir:
February's full moon, also known as the "snow moon," will brighten the skies as the biggest supermoon of the year https://t.co/czCm61btqL pic.twitter.com/Qn8rwdBSWk
— CNN (@CNN) 19 February 2019
Timelapse footage captures a spectacular view of tonight's "supermoon" over the Providence skyline. https://t.co/uUtGf4vToX pic.twitter.com/iJTIduxY7H
— ABC News (@ABC) 20 February 2019