Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Napoleonun generalının qəbri tapıldı
Arxeoloqlar Rusiyanın Smolensk şəhəri ətrafında fransız imperatoru Napoleonun generallarından birinin qəbrini tapıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunun mətbuat xidməti məlumat yayıb.
Arxeoloji qrupun rəhbəri və institutun elmi əməkdaşı Aleksandr Xoxlovun sözlərinə görə, Barklay de Tollinin Napoleon ordusunun hücumunun qarşısını almaq üçün keçirdiyi döyüş meydanında apardıqları qazıntılar müsbət nəticə verib.
Alimlərin fikrincə, kral qalasına girişin sağ tərəfindəki tənha qəbirdə fransız diviziya generalı Şarl-Etyen Qyudenin qalıqları var.
Bunu sübut edən fakt isə skeletin alt çənə sümüyünün və sol ayağının olmaması, həmçinin şəxsin 40-45 yaşlarında dünyasını dəyişməsidir.
Tarixçilərin məlumatına görə, general vaxtilə Valutin dağındakı döyüşdə yaralanıb.
Hazırda alimlər DNA analizi edərək, bu hipotezi təsdiqləmək istəyirlər.