2014-cü il ərzində 820 müəssisəyə - yanacaqdoldurma məntəqəsi, maye-qaz doldurma məntəqəsi, alkoqollu içki istehsalı, əlvan metalların tədarükü, emalı, tibbi fəaliyyət və əczaçılıq fəaliyyətinə lisenziya alınması üçün rəy verilməsi ilə əlaqədar araşdırma aparılıb və müvafiq rəy hazırlanıb.
Bu barədə Oxu.Az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.
Hesabatda qeyd olunur ki, 40 müəssisədə olan çatışmazlıqlarla bağlı (ölçmə vasitələrinin yoxlamadan keçməməsi, şəraitin və avadanlıqların olmaması və s. səbəbindən) təsdiqedici sənədin verilməsindən imtina edilib.
Xatırladaq ki, hesabat dövründə 289 ədəd yeni ölçmə vasitəsinin tipi təsdiq edilərək Azərbaycan Respublikasının tipi təsdiq edilmiş standart nümunələrinin və ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilib.