Ukrayna prezidenti Petro Poroşenko 2015-ci ildə üçmərhələli hərbi səfərbərlik haqqında fərman imzalayıb.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, dövlət başçısı bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında açıqlama verib. O, fərmanın təsdiq üçün parlamentə göndərildiyini söyləyib.
Xatırladaq ki, Ukraynanın müdafiə naziri Stepan Poltorak 2015-ci ildə 50 min nəfərin səfərbər ediləcəyini, ehtiyac yaranarsa, bu sayın 104 minə çatdırılacağını bildirib.