ABŞ hökuməti Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Azərbaycan hökumətinin koronavirusun yayılmasına qarşı apardığı səylərə dəstək məqsədilə 1,7 milyon ABŞ dolları miqdarında vəsait ayırıb.
Bu ölkənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, sözügedən məbləğ Azərbaycan hökuməti ilə birgə çalışan və USAID-ın tərəfdaş təşkilatları olan üç qurum arasında bölüşdürüləcək.
Bunlar Ümumdünya Səhiyyə Təşkilatı (WHO), BMT-nin Uşaq Fondu (UNICEF) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasıdır (IFRC).