Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Aqrar Subsidiya Şurasının üzvlərinin sayı artırılıb
Aqrar Subsidiya Şurasının üzvlərinin sayı artırlaraq 7-dən 9-a çatdırılıb.
“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərmanda bildirilib.
Fərmana əsasən, Şuranın təkibinə kənd təsərrüfatı naziri və Dövlət Ehtiyatları Agentliyinin 1 nümayəndəsi daxil edilib.
Qeyd edək ki, Şura daha əvvəl Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), İqtisadiyyat Nazirliyinin (1 nəfər), Maliyyə Nazirliyindən (1 nəfər), Dövlət Statistika Komitəsinin (1 nəfər), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər) və yerli fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrinin daxil olduğu 7 üzvdən ibarət olub.
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq
- Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"
- "Milli Məkan Məlumatları" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi
- Azərbaycanda ölçmə vasitələrinin yoxlanılması üzrə səlahiyyətli şəxslərin adları açıqlanıb
- Dövlət xidməti: "Baku Electronics" keyfiyyətsiz malın qaytarılmasını təmin etməyib"