"Şəhərlərin qeyri-kafi maliyyələşdirilməsi dünya əhalisinin yarısının inkişafını təhlükə altına alır".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) Şəhər inkişafı şöbəsinin direktoru Srinivas Sampat Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Maliyyə baxımından cəlbedici bələdiyyələr, rahat şəhərlər. Şəhərlər lazımi miqyasda uzunmüddətli maliyyələşdirməni necə cəlb edə bilər?" adlı panel müzakirəsində bildirib.
"Asiya ÜDM-nin 75%-i şəhərlərin payına düşür, qarşıdakı iki onillikdə isə planetin bütün şəhər əhalisinin yarısı Asiya-Sakit okean regionunda yaşayacaq. Şəhər aqlomerasiyalarına kifayət qədər vəsait axınını təmin etmədən biz faktiki olaraq dünya əhalisinin 50%-nin inkişafını ləngidəcəyik", - o vurğulayıb.