Avropa Mərkəzi Bankı (AMB) gözlənildiyi kimi faizi dəyişdirmədi. Bank faiz dərəcəsini 0-da saxlayıb.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bank depzoit faizini də mənfi 0,4%-də saxlayıb.
AMB aylıq aktiv alışı hədəfini də dəyişdirməyərək 80 milyard avroda saxlayıb. Bankın açıqlamasında bildirilir ki, lazım olarsa aktiv alışı proqramı 2017-ci ildən sonra da davam edə bilər.
AMB-nin qərarından sonra avro dollar qarşısında 0,6%-dək bahalaşaraq 1,13 səviyyəsini keçib (1,1306).
U.A
www.oxu.az