Rusiyanın paytaxtı Moskvadan Bakıya heç bir reysdə gecikmə baş verməyib. Hava Limanı ştat rejimində işləyir.
Oxu.Az-a bu barədə açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
Qeyd edək ki, hazırda Moskvanın “Şeremetyevo” aeroportundan yerinə yetirilməli olan 20-yə yaxın aviareys əlverişsiz hava şəraiti ilə əlaqədar yubanır. Aeroport ərazisində güclü duman müşahidə olunur.
Ülviyyə R. Əli
www.oxu.az