"Azərbaycan Dəmir Yolları" (ADY) QSC magistral sərnişin qatarları üçün 4 yeni nəsil lokomotiv alacaq.
Oxu.Az-ın məlumatına görə, qurum bununla bağlı Çinin "CRRC Ziyang" şirkəti ilə müqavilə bağlayıb. Artıq lokomotivlərin istehsalına başlanılıb.
Bundan başqa, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində 20 lokomotivin və 50 ədəd sərnişin vaqonunun alınması ilə bağlı xarici şirkətlərlə danışıqlar aparılır, texniki və kommersiya məsələləri müzakirə olunur.
Qeyd edək ki, hazırda ADY-nin sərnişin qatarı parkında "Stadler" tipli 19 ədəd yeni nəsil sərnişin qatarı var.