Fitch Ratings beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının 2014-cü ildə 3,5-4% artacağını gözləyir.
Oxu.Az Bakupost-a istinadən bildirir ki, bu haqda məlumatı Avropanın inkişaf edən ölkələrinin suveren reytinqi üzrə agentliyin direktoru Çarlz Sevil, bu agentlik tərəfindən hər il təşkil edilən Bakıda keçirilən III Azərbaycan illik konfransında deyib.
Azərbaycan hökuməti iqtisadiyyatın inkişafını 5,2% proqnozlaşdırır.
Fitch ekspertinin sözlərinə görə iqtisadiyyatın inkişafında əsas məqam neft gəlirlərinin effektiv idarə edilməsi və iqtisadiyyatın diversifikasiyasıdır.
Bu nöqteyi nəzərdən pozitiv amil qismində Azərbaycan Dövlət Neft Fondundan (ADNF) dövlət büdcəsinə transferin həcminin 2013-cü ildə 11,35 milyard manat məbləğdən, 2014-cü ildə 9,337 milyard manata qədər azalması ola bilər.
O həmçinin ölkənin ÜDM cari əməliyyatlarının hesablarının müvafiqliyini qeyd etdi. Daxili borcun səviyyəsi də narahatçılığa əsas vermir, Sevil deyib.
“Azərbaycan iqtisadiyyatı, digər inkişaf edən bazarlar kimi dünya trendlərinə o qədər də çox yansımayıb” – agentliyin analitiki deyib.
Sevilin sözünə görə manat digər inkişaf edən ölkələrin milli valyutaları ilə müqayisədə davamlı olaraq qalır. Manatın stabilliyinin nəticəsi, Azərbaycan iqtisadiyyatında dollarlaşmanın səviyyəsinin enməsidir.
“Dollarlaşma Azərbaycanda, Rusiyada və ya Qazaxıstandan yüksək səviyyədədir, amma onun səviyyəsi getdikcə düşür” – deyə, o bildirib.
Avropanın inkişaf edən ölkələrinin suveren reytinqi üzrə agentliyin direktoru Azərbaycanda böhranın səviyyəsinin çox aşağı olduğunu qeyd edib.
“Bütövlükdə regionda böhran cüzi olub, bu isə dünya bazarlarında ərzaq məhsullarının qiymətinin enməsi ilə əlaqədardır” – deyə, Sevil bildirib.