Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan Türkiyədən gətirilən məhsula qoyduğu məhdudiyyəti aradan qaldırıb
Türkiyənin "Pharmanor İlaç San. Tic. Ltd. Şti" müəssisəsinin istehsalı olan bioloji aktiv qida məhsulunda aşkarlanan uyğunsuzluqla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idxala qoyulan müvəqqəti məhdudiyyəti aradan qaldırıb.
Bu barədə Oxu.Az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, AQTA-nın bildirişi əsasında Türkiyənin aidiyyəti qurumu tərəfindən istehsalçı müəssisədə müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırıcı və nəzarət tədbirləri ilə bağlı agentliyə ətraflı məlumat verilib.
Bununla əlaqədar, müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması nəzərə alınaraq sözügedən istehsalçının Azərbaycana məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
AQTA-nın qərarı ilə bağlı Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə məktub ünvanlanıb.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
- Türkmənistandan pomidor məhsulu idxalına məhdudiyyət qoyulub
- Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
- Bəzi ölkələrdən quş və ət məhsullarının tranzit və idxalına məhdudiyyət qoyulub
- "Expressbank" Qida Təhlükəsizliyi Agentliyinin layihəsinə qoşulub