Ukrayna Azərbaycan və Gürcüstana kartof ixracını artırıb.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ukrayna kartof istehsalçıları Assosiasiyasının vitse-prezidenti Sergey Rıbalko “Ukrayna kartof və tərəvəzləri-2015” yeddinci beynəlxalq konfransda çıxışı zamanı bildirib.
“2014-cü ildə Ukraynadan kartof ixracının həcmi 40 min ton olub, baxmayaraq ki, qanuni olaraq ixrac yalnız 16 min tondan ibarət olub”, - S.Rıbalko deyib.
O əlavə edib ki, Rusiya bazarına Ukrayna kartofunun çatdırılmasına qadağa qoyulmasına baxmayaraq, ixracın əsas həcmi Krım və Belarusdan keçərək məhz elə Rusiya bazarında realizə edilib.