Azərbaycan 2015-ci ilin I ayı ərzində xaricə 61 milyon 432,30 min dollarlıq qaz satıb.
Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Komitənin məlumatına görə, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 29 milyon 787,92 min dollar azdır.
Xatırladaq ki, 2015-ci ilin yanvar ayı ərzində təbii qazın ixracı ümumi ixracın təxminən 3%-ni təşkil edir. Ötən il yanvar ayında isə bu göstərici təxminən 3,3% idi.
www.oxu.az