“Azərsu” ASC tərəfindən Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq kənd və qəsəbələrdə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə layihələrin icrası davam etdirilir.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib.
Yola saldığımız ildə “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin sifarişi ilə 127 km içməli su xətti, 2,6 km uzunluğunda kanalizasiya xətti çəkilib və ya dəyişdirilib, 5 ədəd subartezian quyusu qazılıb.
Tovuz rayonunun Əlibəyli kəndində görülmüş işlər nəticəsində 5800 nəfər sakinin içməli su təchizatı yaxşılaşıb. Masallı rayonunun Muğanlı zonasında 23 kəndin, Yardımlı rayonunda Osnakəran, Bürzünbül, Vərgədüz, Bilnə kəndlərinin, Quba rayonunun Qəçrəş kəndinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə adıçəkilən kəndlərdə icra olunan layihələr ümumilikdə 31,5 min nəfərin içməli su probleminin həllinə hesablanıb.
Xatırladaq ki, 2014-cü ildə görülmüş işlər nəticəsində kənd və qəsəbələrdə 35 min nəfərin su təminatı yaxşılaşıb.
www.oxu.az