Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda 1,7 milyard manata başa gələn təşəbbüslər: Əsas istiqamətlər nələr olub?
"Qeyri-neft sektorunun dayanıqlı inkişafı, bu sahəyə xarici investisiyaların cəlb olunması, müasir standartların və qabaqcıl təcrübələrin tətbiqi ilə yeni müəssisələrin yaradılması əsas prioritetlərimizdəndir".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşıb.
"Son beş ildə Azərbaycan İnvestisiya Şirkətinin dəstəyi ilə 19 yeni müəssisənin tikintisi daxil olmaqla, qida, tikinti, əczaçılıq, qablaşdırma, dağ-mədən, yaşıl enerji və digər sahələrdə 23 təşəbbüs reallaşdırılıb. Ümumi dəyəri 1,7 milyard manat olan bu layihələr yerli istehsalın artırılmasına, idxalı əvəzləyən məhsulların istehsalının təşviqinə və məşğulluğun dəstəklənməsinə xidmət edir", - deyə nazir qeyd edib.
#Qeyrineft sektorunun dayanıqlı inkişafı, bu sahəyə xarici #investisiya-ların cəlb olunması, müasir standartların və qabaqcıl təcrübələrin tətbiqi ilə yeni müəssisələrin yaradılması əsas prioritetlərimizdəndir. Son 5 ildə Azərbaycan İnvestisiya Şirkətinin (@AIC_OJSC) dəstəyi ilə… pic.twitter.com/uHjg1sMBPF
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 31, 2025
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov Türkiyədə Alparslan Bayraktarla görüşüb
- Mikayıl Cabbarov gömrük işçilərinin peşə bayramını təbrik edib
- Azərbaycan və Türkiyə arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub
- Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Özbəkistandan olan nazirləri qəbul edib
- Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirilib