Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda 2023-cü il üçün orta illik inflyasiya proqnozu dəyişib
Azərbaycanda 2023-cü ildə orta illik inflyasiya 9,5% səviyyəsində olacağı proqnozlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilib.
İqtisadiyyat Nazirliyinin baza ssenarisinə əsasən, 2024-cü ildə bu göstərici 5,3% səviyyəsində gözlənilir.
“Proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2%-ə qədər enəcəyi gözlənilir”, - deyə Maliyyə Nazirliyi qeyd edib.
İllik inflyasiyanın 4±2% intervalında qorunması hədəflənir.
Məlumata görə, inflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artması ilə yanaşı əhalinin sosial rifahına da müsbət təsir edəcək.
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- İqtisadiyyat Nazirliyinin işçilərinin sayı artırılıb
- Azərbaycanda yeni istiqamət üzrə sahibkarlara güzəştli kreditlər veriləcək
- Azərbaycanda bir dövlət qurumunun elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq
- BP şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib
- Baş nazir qəzalı binalarla bağlı müşavirə keçirdi