Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 2013-cü ildə Bakı şəhərinin Xətai rayonu ərazisində 4 binadan ibarət yaşayış şəhərciyinin tikintisi başlanılıb və cari ildə inşaat işləri başa çatdırılıb.
Yaxın müddətdə həmin şəhərcikdə 600-dən artıq mənzilin güzəştli ipoteka şərtləri ilə Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarına verilməsi nəzərdə tutulub.
Oxu.Az Azərbaycan qəzetinə istinadən xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev bildirib.
“2014-cü ildə 208 binadan ibarət 48 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1186 mənzilin inşası həyata keçirilib, 342 xidməti mənzil istifadəyə verilib” - deyə, xidmətin rəisi qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az