Sosial şəbəkələrdə və yerli KİV-lərdə Azərbaycanda benzinin qiymətinin artacağı barədə məlumatlar yayılıb.
Oxu.Az-ın xəbərinə görə, bəzi şəbəkə istifadəçiləri yanacaqdoldurma məntəqələrində artıq növbələrin yarandığını bildirib.
Qiymət artımının Azərbaycanda istehsal olunan və çoxluğun istifadə etdiyi “Aİ-92” markalı benzinə aid olacağı qeyd edilir.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda “Aİ-92” markalı benzinin qiyməti 0,70 AZN təşkil edir.

S.B.
www.oxu.az