Bu ilin birinci yarısında “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 68,5 mln. manat dəyərində 504 ədəd taxılyığan kombayn, 499 ədəd müxtəlif növ traktor satılıb.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə 355 ədəd kotan, 44 ədəd səpici aqreqat, 42 ədəd otbiçən, 30 ədəd çiləyici və tozlayıcı maşınlar, habelə 22 ədəd ot dırmıqları, 15 ədəd gübrəsəpən maşın və 55 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb”, - məlumatda deyilib.