Vaxtilə dəvəçiliyin geniş miqyas aldığı Azərbaycanda bu heyvanların sayının ildən-ilə azaldığı müşahidə olunur.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, amma Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, hazırda ölkə ərazisində 216 baş dəvə var.
Ötən illərlə müqayisədə dəvə təsərrüfatında qismən artım olub.
“Dəvəçilik təsərrüfatı yalnız Qobuda saxlanılır. Təsərrüfat yaranarkən dəvələrin sayı az olsa da, hazırda təsərrüfatda 216 baş dəvə var. Ötən illərlə müqayisədə dəvələrin sayında artım olsa da, onlar heç bir ölkəyə ixrac edilmir. Heç ölkəyə dəvə idxalı da yoxdur. Qobuda fəaliyyət göstərən dəvə təsərrüfatında yalnız yerli cinslər saxlanılır”, – deyə Murtuzəli Hacıyev bildirib.