“2016-cı ildə Azərbaycanda sahibkarlıq fəaliyyəti üzrə cəmi 60 yoxlama aparılıb”.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahil Babayev “İxracatçılar Klubu” və Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) birgə görüşündə deyib.
Nazir müavini qeyd edib ki, 2015-ci ildə 60 min analoji yoxlama aparılıb.
S.Babayev bildirib ki, son iki il ərzində hökumət ölkədə biznes mühitinin yaxşılaşdırılması üzrə mütəmadi tədbirlər görüb.
U.A.
www.oxu.az