Valyuta hərracının nəticələri açıqlanandan sonra bəzi banklar dolların satışını bahalaşdırıb.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu saatadək dolları bahalaşdıran banklar sırasında “Atabank” daha baha satır.
İndi bu bankda ABŞ valyutasını 1,7900 manata satır. Səhər isə bu məzənnə 1,7700 manat idi.
“Accessbank” isə səhər dolları 1,7600 manata satırdı. İndi isə 1,7800 manata satılır.
“Amrahbank”da dolların satışını bahalaşdırıb. Səhər 1 dolları 1,7700 manata satan bank indi 1,7800 manata satır.
10:03
Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) dolların məzənnəsini stabil saxlamasına baxmayaraq, banklarda valyutanın satış və alış qiymətlərinin daha da bahalaşması müşahidə olunur.
Oxu.Az xəbər verir ki, səhər saatlarında 1 dollar 1,5300 manatdan yüksək alınır, 1,7600 manatdan baha satılır.
Dünən dolları 1,6000 manata alıb, 1,7310 manata satan “Accessbank” bu gün 1,6300 manata alır, 1,7600 manata satır.
“Bank of Baku” da dolların alış və satış məzənnələrini yüksəldib. Fevralın 13-də alış 1,68, satış 1,79 manat idi. Bu gün isə dolların alışı 1,7, satışı 1,8 manatdır.
“Turanbank” həmçinin alışı 1,6000 manatdan 1,6700 manata, satışı isə əksinə 1,7800 manatdan 1,77 manata salıb.
Mənbə: Fins.az
U.A.
www.oxu.az