Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 10-da Gədəbəydə “Azerbaijan International Mining Company Limited” şirkətinin yeni zavodunun açılışında iştirak edib
Oxu.Az dövlət başçının rəsmi saytına istinadən xəbər verir ki, yeni zavodun tikintisinə ötən il balşlanılıb və bu ilin iyununda başa çatdırılıb.
Zavodda saatda 100-150 ton filiz emal olunur. Köhnə zavodda filizin tərkibindən 70 faiz qızıl alınırdısa, yeni müəssisədə bu göstərici 85 faiz təşkil edir.
Bu zavodda sulfidli filiz emal olunacaq ki, köhnə müəssisədə bu proses həyata keçirilə bilmirdi. Yeni müəssisənin fəaliyyəti nəticəsində ətraf mühitə kimyəvi maddələrin yayılmasının təsiri azalacaq. Bu məqsədlə anbar tikilmiş və tullantıların oraya axıdılması üçün xüsusi mühafizə olunan boru xətti çəkilib.
Prezident İlham Əliyev zavodu işə salıb.



www.oxu.az