Azərbaycanın populyar müğənnilərindən olan Elmira Ələkbərzadə Facebookda maraqlı bir status yazıb.
Oxu.Az Show.az-a istinadən xəbər verir ki, statusda Emma bu yaxınlarda ona gələn təklifdən danışıb:
“Xarici ölkələrdə müxtəlif arıqlama vasitələrinin reklamı zamanı, əvvəl kök olub, sonra arıqlayan məşhurları reklam çarxında çəkilməyə dəvət edirlər. İki gün bundan qabaq mənə zəng edib, belə bir reklam çarxında çəkilmək təklifi etdilər və mən razılaşdım. Niyə də yox? Onsuzda insanların 99 faizi inanmırdılar ki, mən özüm arıqlamışam. Siz nə fikirləşirsiniz? Mənə yenidən zəng edib, bildirdilər ki, bağışlayın, amma, reklam çarxında model qız çəkiləcək. Çox güldüm”.
Müğənni onu da qeyd edib ki, arıqlama vasitələrinin reklamlarına model qızları çəkməklə insanları aldadırlar və bu düzgün deyil. Onu da əlavə edib ki, dünyanın bir çox ölkələrində 90-60-90 ölçülərini qadağan ediblər. İsraildə isə bu iş məhkməyə qədər gedə bilər.
Müqayisə üçün Elmira Ələkbərzadənin kök və arıq vaxtlarının fotolarını təqdim edirik.
www.oxu.az