Azərbaycanda qarlı hava şəraitinin yollarda səbəb olduğu fəsadların aradan qaldırılması üçün bütün zəruri texnika səfərbər olunub.
Oxu.Az xəbər verir ki, hazırda respublikanın əsas magistral yolları, həmçinin paytaxt Bakının əsas yolları qardan təmizlənib və nəqliyyatın hərəkəti təmin edilib.
Respublikanın bütün rayonlarında əsas yolların təmizlənməsi üçün tədbirlər davam etdirilir. Əldə etdiyimiz məlumata görə, axşamdan başlayan təmizlik işləri günün sonunadək davam edəcək.
Qeyd edək ki, Azərbaycan sinoptiklərinin proqnozuna görə, ölkədə qarlı, şaxtalı hava şəraiti fevralın 23-nə kimi davam edəcək. Hazırda Bakıda qarlı, çovğunlu hava şəraiti hökm sürür.