Hindistan çay istehsalçıları Rusiya və MDB ölkələrinə tədarükü artırmaq niyyətindədirlər.
Bu barədə cümə axşamı Hindistan çay istehsalçıları Assosiasiyasının (Indian Tea Association) sədrinin müavini Azam Monem bəyan edib.
“Biz tədarükü yalnız Rusiyaya artırmaq niyyətində deyilik. Bizim məqsədimiz MDB regionunda iştirakı gücləndirməkdir”, - Monem “Economic Times” nəşrinə bildirib.
Oxu.Az xəbər verir ki, nəşrin yazdığına görə, Rusiya və Ukrayna, Qazaxıstan və Azərbaycan daxil olmaqla MDB ölkələri ildə 200-220 milyon kiloqram çay istehlak edirlər, Hindistan isə regiona cəmi 50 milyon kiloqrama yaxın çay tədarük edir.
2014-cü ildə Hindistan 207,44 milyon kiloqram çay ixrac edib. Bu ilin ötən altı ayı ərzində Hindistan çayının ixracı 9% azalaraq 88,94 milyon kiloqramdan ibarət olub, keçən ilin anoloji dövründə bu göstərici 97,67 milyon kiloqram olub. Hazırda iriyarpaqlı Hindistan çayının 1 kiloqramının qiyməti 247,56 rupidir (təxminən 3,8 ABŞ dolları).