2013-cü ilin yekunlarına görə sığortanın bu növü üzrə ən aşağı fəaliyyəti dekabr ayında qeydə alınıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri hallarından icbari sığorta 2013-cü ilin bazar fəaliyyətinin nəticələrini yekunlaşdırıb.
Hesabata görə, ötən ildə bazarın potensialı daxilində yalnız 62% ixtisaslaşmış şirkətlər tərəfindən mənimsəmə edilmişdir.
İcbari sığorta növü üzrə sığorta haqlarının ümumi həcmi 24,885 milyon manat təşkil edib.
1,457 milyon manat həcmində sığorta iddialarına görə vəsait ödənilib.
2013-cü ildə sığortanın bu növü üzrə ən aşağı fəaliyyəti dekabr ayında qeydə alınıb. Haqları ümumi gəlirlərinin yalnız 6,13%-i, ödənişlər isə 1,18% təşkil edib.
Haqları üzrə ödənişləri “Atəşgah Həyat”, “PAŞA Həyat” və “Qala Həyat” ixtisaslaşdırılmış şirkətlər tərəfindən həyata keçirilib.
Gülnarə Zeynalova
www.oxu.az