"Azərenerji" ASC və bp şirkəti arasında "Şəfəq" günəş elektrik stansiyası layihəsi üzrə sənəd imzalanıb.
Oxu.Az xəbər verir ki, sənəd Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində imzalanıb.
Qeyd edək ki, sənədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons və "Azərenerji" ASC-in prezidenti Baba Rzayev imza atıblar.
Məhərrəm Əliyev