Heydər Əliyev prospektində istismar müddətini keçmiş 8 yaşayış binalarının sökülməsi, yerində müasir, milli memarlıq üslubunda 4 ədəd yeni yaşayış binalarının tikintisi nəzərdə tutulub.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu açıqlamasında, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib.
Onun sözlərinə görə, Koroğlu Rəhimov küçəsində sökülmüş 7 yaşayış binasının yerində müasir parkın salınması ilə bağlı işlər davam etdirilir:
“İndi parkın birinci hissəsində işlər başa çatdırılıb. Parkın ikinci hissəsinin 2 mərtəbəli yeraltı avtomobil dayanacağı ilə birlikdə yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur”.