Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıdan Batumiyə ilk avtobus reysi iyulun 27-i yola düşəcək
İyulun 27-si Bakıdan Gürcüstanın Batumi şəhərinə ilk avtobus reysi yola düşəcək.
Bu barədə Oxu.Az-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Şəfa Mehmanqızı bildirib.
Onun sözlərinə görə, avtobusun yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 09:00-da baş tutacaq.
Avtobus reysləri həftənin 1, 3 və 5-ci günləri həyata keçiriləcək.
Qeyd edək ki, gediş biletinin qiyməti 35 manat təşkil edir və beş yaşına qədər uşaqlar üçün gediş pulsuzdur.
Ülviyyə R. Əli
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT
- Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib
- Paytaxtın hansı küçələrində sıxlıq var? - 06.03.2025
- Bakıda direktor işə gəlmir, məktəbi onlayn idarə edir - Müəllimlərdən İDDİA
Ən çox oxunanlar