“Bakı şəhərinin 1-ci mikrorayonunun ərazisində aparılacaq yenidənqurma işləri üzrə ilkin araşdırmalara görə, həmin ərazidə 34 bina söküləcək”.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bu gün keçirilən mətbuat konfransında bildirib.
O deyib ki, yeni tikilən binaların isə sayı 30-u keçməyəcək və bir-iki blokdan ibarət olacaq: “Yəni, mərtəbələrində sayı artacaq.
Boş ərazilərdə park və insanların ümumi istifadəsində olan ərazilər, yəni yaşıllıq ərazilərinin sayı artacaq. Həmin ərazidən 1729 ailə köçürüləcək”.
U.A.
www.oxu.az