“Expressbank” 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımlar üçün xüsusi aksiya elan edir. Belə ki, 1-7 mart tarixlərində “Expresso” kart sifariş etmiş bütün xanımlar bu kartları pulsuz əldə edəcəklər.
“Expressbank” müştəriləri artıq “Expresso” kartın üstünlüklərini yaxşı bilirlər. Belə ki, “Expresso” özündə debet, güzəşt müddətli kredit, depozit, “cash back”, təmassız kart, sərbəst dizayn seçimi və digər imkanları birləşdirən unikal bank kartdır.
“Expresso” kart istifadə müddəti 48 ay olmaqla müştərilərə 35 günədək güzəşt müddəti ilə kredit xətti təklif edir. Bu kartlar həmçinin “ExpressClub” layihəsində iştirak etdiyindən, “Expresso” kartı ilə də müştərilər hər alış-veriş edərkən 20%-dək “cash back” qazanırlar.
“Expresso” kart təmassız ödəniş texnologiyasını dəstəklədiyindən kart ilə 20 AZN-dək xırda ödənişləri kartı POS-terminala yaxınlaşdıraraq PİN-kod yığmadan aparmaq mümkündür. Aksiyanın şərtlərinə görə, hər xanım müştəri yalnız 1 ədəd “Expresso” kartını pulsuz sifariş edə bilər.
Bütün bunlardan əlavə, kartın hesabını istənilən “ExpressPay” ödəniş terminalı ilə artırmaq imkanı, pulsuz SMS banking, hesabdakı pulun qalığına illik 3% gəlir və s. əlavə imkanlar bu kartı müştərilər üçün əvəzedilməz edir.
“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 500-dən artıq “ExpressPay” ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.
U.A.
www.oxu.az