Banklar və bank olmayan kredit təşkilatları (BOKT) hesablarından nağd vəsait çıxaran zaman 1% vergi ödəməli olacaqlar.
Oxu.Az BBN.az-a istinadən xəbər verir ki, bu haqda Azərbaycan Banklar Assosiasiyasından (ABA) məlumat verilib.
Vergi qanunvericiliyində edilən son dəyişikliyə əsasən, bankların müxbir hesablarında olan pul vəsaitinin nağdlaşdırılması istisna olmaqla, banklar tərəfindən digər hesablarında olan pul vəsaitinin nağdlaşdırılmasına görə 1% dərəcə ilə sadələşdirilmiş vergi hesablanır.
Eyni zamanda, bank olmayan kredit təşkilatları tərəfindən banklarda açılmış hesablarından nağd qaydada pul vəsaiti çıxarıldıqda bank tərəfindən ödəmə mənbəyində 1% dərəcə ilə sadələşdirilmiş vergi hesablanır.
U.A.
www.oxu.az