“Ay işığı” filminə görə “Oskar”a namizəd olan Naomi Harris bu ekran əsərinə cəmi 3 günə çəkilib.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, bir çox aktyorlar filmdəki obrazı üçün ya arıqlayır, ya hədsiz kökəlir, ya da günlərlə heç kimlə ünsiyyət saxlamırlar.
Britaniyalı aktrisa Naomi Harris “W” jurnalına müsahibəsində deyib ki, Berri Cenkinsin dram janrında çəkilmiş filminə cəmi 3 gün vaxt sərf edib. Amma bu, o demək deyil ki, aktrisanın obrazı kiçik və ya bəsit olub.
Naomi bildirib ki, onun vizayla bağlı problemləri olub. Bu səbəbdən bir neçə həftəlik nəzərdə tutulan çəkilişləri 3 günə sığdırmağa məcbur olub. Buna baxmayaraq rejissorun dəstəyi ilə aktrisa rolun öhdəsindən peşəkarlıqla gələ bilib və hətta ən yaxşı ikinci plan aktrisası kateqoriyasında “Oskar”a namizəd də göstərilib.
Onun “Oskar” alıb-almayacağı isə fevralın 26-da bəlli olacaq.
A.S.
www.oxu.az