İlin əvvəlindən İpoteka Fonduna dövlət büdcəsindən 24,2 milyon manat vəsait köçürülüb.
Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, iyun ayında büdcədən AİF 3,8 milyon manat vəsait köçürülüb.
İlin əvvəlindən banklar tərəfindən 76,8 milyon manat ipoteka krediti verilib. 26 milyon manat ipoteka krediti isə fond tərəfindən yenidən maliyyələşdirilib.
Cari ilin 6 ayında AİF tərəfindən 110 milyon manat ipoteka istiqrazı yerləşdirilib.
L.Ə.