Mərkəzi Bankın bu gün keçirdiyi hərracda bankların dollara tələbi 560 milyon dollar olub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı “Marja” bank dairələrindən əldə edib.
Əvvəlki hərraclarda bankların dollara tələbi 600-700 milyon dollar civarında olurdu. Beləliklə, xeyli müddətdən sonra bankların dollara tələbi bir qədər azalıb.
12:13
Bu gün Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 50 milyon dollar məbləğində vəsait hərraca çıxarılıb.
Oxu.Az-a Fonddan verilən məlumata görə, bu vəsait 29 kommersiya bankına satılıb.
İl ərzində Neft Fondu tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Ülviyyə R. Əli
www.oxu.az