Azərbaycanda bələdiyyələr yerli büdcənin xərclənməsi ilə bağlı mütəmadi olaraq vətəndaşlara məlumat verməli olacaqlar.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanununa əlavələr layihəsində əksini tapıb.
Layihəyə əsasən, qanunun 13-cü maddəsinə belə bir cümlə əlavə olunur: “Yerli əhalini tanış etmək məqsədi ilə auditin nəticələri onların bələdiyyəyə təqdim etdiyi gündən bir ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir”.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
U.A.
www.oxu.az