ABŞ-ın baş prokuroru Ceff Seşns prezident kampaniyası dövründə iki dəfə Rusiyanın səfiri ilə danışıb. Bunu Amerika KİV-i müəyyən edib. Daha öncə Moskva ilə bu qəbildən olan əlaqələrə görə, Amerika prezidentinin müşaviri Maykl Filin istefaya gedib.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
“Associated Press” Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, hər iki danışıq 2016-cı ildə baş tutub, Seşns həmin dövrdə senator olub.
Bununla yanaşı, Konqresdə təsdiq edilərkən o, bu məlumatı gizləyib.
Rusiya səfiri Sergey Kislyak ilə söhbətlərdən biri təklikdə Seşnsin ofisində keçirilib, bunu “Washington Post” dəqiqləşdirir, digəri isə başqa səfirlər ilə görüş zamanı baş tutub.
Senat tərəfindən Seşnsin namizədliyi nəzərdən keçirilərkən Seşnsdən “əgər Donald Trampın qərargahından kiminsə Rusiya hökuməti ilə əlaqəsi olduğunu öyrənsə, nə edərdi” sualına aşağıdakı cavabı verib:
“Mən bu qəbildən olan addımlardan xəbərdar deyiləm”.
Seşns, Trampın seçki qabağı kampaniyasında bir neçə dəfə onun nümayəndəsi kimi çıxış etdiyini və Rusiya ilə heç bir əlaqəsi olmadığını vurğulayıb.
Ədliyyə Nazirliyindən onun həmin dövrdə heç kimi yanıltmaq niyyətində olmadığını bildiriblər, sadəcə, bu görüşləri əhəmiyyətli hesab etməyib və təfərrüatlarını da xatırlamadığını bildiriblər.
N.О.
www.oxu.az