Almaniya bankı “Deutsche Bank” bitkoinlə bağlı xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, bank 2018-ci ildə birjaların riskli istiqamətdə hərəkət etdiyini bildirib. Risklər sırasında bitkoinin çöküşü, Cənubi Koreya böhranı, yüksək inflyasiya kimi amillər daxildir.
Bankın mütəxəssisləri cari ildə 1.500 faizdən yüksək dəyər qazanan bitkoinin bazarlarda düzgün qiymətləndirilmədiyini bildirir: “Bitkoinin fyuçə əməliyyatlarda istifadəsi virtual pulun volalitliyini daha da artırır".
L.Ə.