Aprelin 6-da keçirilən valyuta hərracında dolların ucuzlaşması banklar arasında valyuta ticarətinə də təsir edib.
Belə ki, “Bloomberg” terminalında dollar manat qarşısında kəskin ucuzlaşıb.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, banklar arasında dollar 1,6712 manata düşüb.
Bu isə ötən günlə müqayisədə dolların 2,4% ucuzlaşması deməkdir. Dollar terminal üzərində ötən günü 1,7124 manat kursu ilə yekunlaşdırmışdı.
Qeyd edək ki, 1,67 məzənnəsi sonuncu dəfə ötən ilin noyabr ayının 1-də qeydə alınmışdı.
Xatırladaq ki, Azərbaycan bankları valyuta birjası kimi “Bloomberg” terminalından istifadə edirlər. “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən, manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.
U.A.
www.oxu.az