Tanınmış amerikalı komediya ustası, “Emmi” mükafatı laureatı Don Riklz böyrək çatışmazlığından 91 yaşında Los-Ancelesdə vəfat edib.
Oxu.Az Report-a istinadla xəbər verir ki, bu barədə aktyorun nümayəndəsinə istinadən ABC telekanalı məlumat yayıb.
Riklz 8 may 1926-cı ildə Nyu-Yorkda doğulub. O, ABŞ-da Conni Karsonun yumoristik televiziya şousunda çıxışları ilə məşhur idi. Aktyor, həmçinin Martin Skorsezenin “Kazino” (“Casino”, 1995) filminə çəkilib.
A.S.
www.oxu.az