Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Papa Fransiskin son müsahibəsi: Əfsanəvi Martin Skorsezenin unikal sənədli filmi
Əfsanəvi amerikalı rejissor Martin Skorseze, mərhum Roma Papası Fransisk ilə əməkdaşlıq edərək yaratdığı yeni sənədli filmi "Aldeas - A New Story" üzərindəki işini tamamlayıb.
Oxu.Az-ın "The Guardian"a istinadla verdiyi məlumata görə, bu barədə rejissora məxsus "Sikelia Productions" şirkəti bəyanat yayıb.
Bildirilir ki, "Aldeas - A New Story" sənədli filmi Papa Fransisk və Martin Skorseze arasındakı söhbətləri, o cümlədən pontifikin kamera qarşısında son müsahibəsini əks etdirən unikal bir layihədir. Film Papa Fransisk tərəfindən 2013-cü ildə dünya gəncləri arasında mədəniyyətlərarası dialoqu təşviq etmək məqsədilə təsis edilmiş beynəlxalq təşkilat "Scholas Occurrentes"in fəaliyyətinə həsr olunub.
"Scholas Occurrentes" müxtəlif mədəniyyətlərdən, dinlərdən və sosial təbəqələrdən olan gənclər arasında görüş və dialoq məkanı yaratmağa çalışır, bununla da daha inklüziv və ədalətli cəmiyyətin qurulmasına töhfə verir.
"Scholas"ın əsas təşəbbüslərindən biri İndoneziya, Qambiya və İtaliya kimi müxtəlif ölkələrdən olan yeniyetmələrin öz mədəniyyətlərini, ənənələrini və həyata baxışlarını əks etdirən qısametrajlı filmlər yaratdığı "Aldeas" layihəsidir.
"Aldeas - A New Story" sənədli filminin istehsalı "Scholas Film" və "Sikelia Productions"ın birgə səyləri ilə həyata keçirilib. Filmin dəqiq çıxış tarixi hələ elan edilməyib.
Papa Fransiskin aprelin 21-də vəfatından sonra Martin Skorseze pontifikin mədəniyyətlərarası qarşılıqlı əlaqələrin inkişafına verdiyi misilsiz töhfəni qeyd edərək ona hörmətini bildirib. Rejissor Papa Fransiski tarixdə silinməz iz qoymuş "görkəmli insan" adlandırıb.
"Papa Fransisk" teqi üzrə xəbərlər
- İki qılınc Papası, yaxud Vatikan Trampın nəzarətində
- Vatikan kardinalları yeni Papa seçmək üçün "Konklav" filminə baxırlar
- Roma Papası Fransiskin avtomobili Qəzzada səyyar tibb məntəqəsi kimi istifadə ediləcək
- Makron yeni Roma Papası seçkisinə təsir göstərməyə çalışır
- Papa Fransiskin məzarında səhv aşkarlanıb