ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) 2017-ci il üçün neft qiymətləri ilə bağlı proqnozlarını hər barel üçün 1,5 dollar və ya 2,8% yüksəldib.
Oxu.Az-ın məlumatına görə, “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə EİA-nın “Enerji sektoru üzrə qısamüddətli icmal hesabat”ında deyilir.
Hesabata görə, EİA 2017-ci ildə neft və neft məhsulları istehlakında qlobal miqyasda artım gözləyir. Bu səbəbdən cari ildə WTI markalı neftin ortaillik qiymətinin 54 dollar/barel, “Brent”in isə 55 dollar/barel təşkil edəcəyi ehtimal olunur.
Qeyd edək ki, EİA-nın keçən aykı hesabatında proqnozlar müvafiq olaraq 52,5 və 53,5 dollar/barel olub. EİA bununla yanaşı, ABŞ-ın 2017-ci ildə orta gündəlik neft hasilatı proqnozunu 9 mln. barel səviyyəsində saxlayıb, lakin 2018-ci il üçün 9,3 mln.-dan 9,5 mln. barelə yüksəldib.
U.A.
www.oxu.az