Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Çad nümayəndəsi: "Azərbaycan höküməti nəticənin müsbət olması üçün yaxşı işlər görüb"
"Biz ümid edirik ki, maliyyə axınının təmin olunması məqsədilə təşkil edilən COP29 inkişaf etməkdə olan ölkələr, həmçinin Afrika üçün də maliyyələşməyə zəmin yaradacaq".
Bu sözləri Oxu.Az-a açıqlamasında Çad Milli Meteorologiya Baş direktorunun müavini Həmid Abakar Souleymane deyib.
O bildirib ki, COP29 çox yaxşı təşkil olunub:
"Bu konfransa çox sayda sərmayə sərf olunduğunu görmək mümkündür. Konfrans məkanın çox sayda giriş qapısının olması insan tıxacının yaranmasına maneə olur. Biz ümid edirik ki, maliyyə məqsədilə təşkil edilən bu konsepsiya inkişaf etməkdə olan ölkələr üçün maliyyə axınını təmin edəcək, həmçinin Afrika üçün də. Yaradılacaq fondla iqlim dəyişikliyi ilə mübarizə apara bilərik".
Müavin qeyd edib ki, COP29 iqlim dəyişikliyi ilə mübarizə üçün yeni maliyyə vədlərini səfərbər etməklə nəticələr verməsini istəyir:
"İnkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi göstərməkdə liderlik edə bilər. Bu, onlara uyğunlaşma və yumşaldılma nəticələrini həyata keçirməyə imkan verəcək".
Onun sözlərinə görə, Azərbaycan hökuməti nəticənin müsbət olması üçün yaxşı işlər görüb:
"Biz Azərbaycanın maliyyə problemini həll edə biləcəyinə inanırıq. Siz bilirsiniz ki, inkişaf etməkdə olan ölkələr, xüsusilə Afrika iqlim dəyişikliyinin yaratdığı mənfi təsirlərdən əziyyət çəkir. Temperaturun artmasına görə məsuliyyət daşıyan ölkələr var. Onlar liderlik edərək bizə yol göstərə bilərlər. Azərbaycanın problemlərə biganə qalmamasındakı fəaliyyəti danılmazdır. Onlar bir çox icmaların problemləri ilə bağlı narahatlıqlarını ifadə edən sənədlər dərc etdilər ki, bunlar icmalar üçün ədalətli davranışın nümunəsidir".
Çad nümayəndə heyəti Bakıda olmaqdan çox xoşbəxt olduğunu ifadə edib:
"Bakıda olmaqdan çox xoşbəxtəm. İnsanlar məndə çox xoş təəssürat yaradıblar. Onlar çox yardımsevər və mehribandırlar. Küçədə məlumat lazım olanda zəng edirlər, bizi məlumatlandırırlar.
Mən sadəcə özümdən soruşdum ki, görəsən, bu onların mədəniyyətidir, yoxsa insanlara kömək onların uzunmüddətli davranışıdır. Bir çox insan Bakını kəşf edir və deyirlər ki, bura çox gözəl şəhərdir. Bura gələnə qədər Bakının belə gözəl bir yer olduğunu bilmirdik".
Aygün Mirakif
"COP29" teqi üzrə xəbərlər
- "Bolt Business": Azərbaycanda korporativ səfərləri yeni səviyyəyə qaldırır
- "ACWA Power" 2024-cü ilin "Fəal Xarici Şirkəti" adına layiq görülüb
- Azərbaycanın beynəlxalq mövqeyi necə gücləndi? - Xarici siyasətdəki uğurların səbəbi
- Prezident Arzu Əliyevanı təltif edib
- Prezident Leyla Əliyevanı təltif edib