Cari ilin ilk 3 ayında Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı əməliyyat işlərinə 12 milyon dollar, əsaslı xərclərə isə 137 milyon dollar sərf edilib.
Oxu.Az AzərTAC-a istinadən xəbər verir ki, “bp-Azerbaijan” şirkətindən bildirilənə görə, ümumiyyətlə, 2014-cü il üçün əməliyyat xərclərinin 50 milyon dollar olacağı gözlənilir.
Əsaslı xərclər isə CQBK-nın genişləndirilməsi üzrə işlərin sürət götürməsi nəticəsində 1 milyard 250 milyonadək artacaq.
CQBK-nın iki operatoru var – bp şirkəti boru kəməri obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, “Statoyl” şirkəti isə biznes icrası üzrə məsul kommersiya operatorudur.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: bp 28,8 faiz, SOCAR 16,7 faiz, “Statoyl” 15,5 faiz, “Total” 10 faiz, “LUKoyl” 10 faiz, “NİKO” 10 faiz, “TPAO” 9 faiz.